Rusiyadan gələn humanitar yükün qarşısını Qərb dairələri kəsir. Bölgədə yaşayan ermənilərin halına acıyan Qərb, onlar üçün gətirilən yardımın qarşısını alırsa, deməli, burada ikili oyun gedir. Separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlbir olublar.
Erməni separatçıları ilə yanaşı, bəzi Qərb dairələri də Ağdam-Xankəndi yolunun işlək olmasından narahatdır. Əgər belə olmasaydı Rusiya tərəfinin göndərdiyi yardıma Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən süni əngəllər yaradılmazdı. Görünür, Qərbin ikili standartları burada da ciddi şəkildə işə düşüb. Necə olur ki, Qərb həm Qarabağdaki ermənilərin acından ölməsinə inanır, həm də humanitar yüklərin əraziyə çatdırılmasına mane olur?
Beynəlxalq Qırmızı Xaç Komitəsinin ayrı - seçkilik siyasəti Qərbin diqtəsidir. Belə çıxır ki, onlar humanitar missiyalarını kənara qoyub, Qərb təsisatı rolunu oynayırlar.
Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin ermənilər üçün bütün “fədakarlıqlara” hazır olduğunu bilirik. Amma istənilən halda Azərbaycan öz ərazisində yüz faiz söz sahibidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: