Şirvan şəhərinin Fariz Eynullayev küçəsində yerləşən və 100 nəfərə yaxın sakinin yaşadığı yataqxana binası qəzalı vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, yataqxana 1965-ci ildə inşa olunub və həmin dövrdən bəri hər hansı bir təmir işləri aparılmdığından qəzalı vəziyyətə düşüb.
Xeyli müddətdir ki, sakinlər qəzalı vəziyyətə düşmüş binada yaşamaq məcburiyyətində qalıblar. Onlar dəfələrlə Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, müraciətlər elə kağız üzərində qalıb.
Problemlə bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin balansında olan Mənzil Komunal və İstismar Sahəsindən bildirilib ki, həmin yataqxanaya 12 sentyabr 2022-ci il tarixində FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşalrı tərəfindən baxış keçrilib. Nəticə olaraq bildirilib ki, yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir. Bina texniki cəhətdən yolverilməz vəziyyətdədir və istismar üçün yarasızdır. Ona görə də 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində orada yaşayan sakinlərin başqa bir əraziyə körülməsi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: