İsmayıllı rayonunun Diyallı kəndində 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində evləri dağılan sakinlər üçün Fövqaladə Hallar Nazirliy tərəfindən tikilmiş 63 ədəd evə hələ də qaz verilməyib.
Xezerxeber.az-ın məlumatına görə, mavi yanacağı olmayan ailələr odundan istifadə edirlər ki, bu da onlara çətinlik yaradır.
Yeni tikilən evlərnən mərkəzi qaz xətlərinin arası 400 metrə yaxındır. Həmin məsafədən evlərə qaz xətlərinin çəkilməsi üçün dəfələrlə aidiyyəti üzrə müraciətlər olunub.
Diyallı kənd icra nimayəndəsi Habil Həsənov deyib ki, Fövqaladə Hallar Nazirliyi tərəfindən tikilən evlərin sənədlərində kommunal təsərrüfatla bağlı layihə olmayıb. Ona görə də həmin evlərdə qaz yoxdur.
Ağsu Regional Qaz İstismar İdarəsindən “Xəzər Xəbər”ə verilən məlumata görə, sözügedən məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi müraciət daxil olub.
Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyi tərəfindən tikilən evlərə vətəndaşların öz hesabına qaz xətlərinin çəkilməsi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: