Xəzər Xəbər

Banklar ipoteka kreditlərinin həcmini azaldır VİDEO

Veb TV | 20:55 • 10 Sentyabr 2023
Banklar ipoteka kreditlərinin həcmini azaldır

Banklar tərəfindən verilən ipoteka kreditlərinin aylıq həcmində azalma davam edir.

Xezerxeber.az-ın məlumatına görə, azalma bu ilin mart ayından iyula qədər olan müddətə aiddir.

Millət vəkili Vüqar Bayramov hesab edir ki, bu, vətəndaşların kreditlərə əlçatanlığının təmin edilməsi mənzil probleminin həllinə böyük kömək edir.

Vüqar Bayramov onu da bildirib ki, ipoteka kreditlərinin aylıq həcmlərində azalma ilə yanaşı, 3 sistem əhəmiyyətli bank istisna olmaqla, digər bankların ipoteka kredit faizləri hələlik əlçatan deyil. Buna görə də banklar ipoteka üçün ayrılan vəsaiti artıra, faizləri azalda bilər.

Deputat daxili ipoteka kreditlərinin 12 faizdən başlamasını vətəndaş üçün əlçatmaz hesab edir. Onun sözlərinə görə, faizlər aşağı salınarsa, əmlak bazarında xüsusi canlanma olacaq.

Qeyd edək ki, mart ayında banklar tərəfindən 68,6 milyon manat ipoteka krediti yerləşdirilmişdisə, bu göstərici aprel ayında 53,9 milyon, may ayında 40,9 milyon, iyun ayında 37,8 milyon və iyul ayında 35,9 milyon manat olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024