Bir neçə gündür Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatıb.
Ölkə ərazisində bu gün də qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Bu arada, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Qeyd edilib ki, küləkli havada nəqliyyat vasitələrini sürüşmə, uçma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: