Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənislli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını hələ də Bərdədə gözləyir.
Xezerxeber.az-ın məlumatına görə, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən göndərilən yardım daşıyan TIR hələ də Bərdə şəhərindədir.