Xəzər Xəbər

Humanitar yardıma maneə: Rusiyanın Xankəndi şəhərinə göndərdiyi yükün çatdırılması gecikir VİDEO

Veb TV | 12:30 • 10 Sentyabr 2023
Humanitar yardıma maneə: Rusiyanın Xankəndi şəhərinə göndərdiyi yükün çatdırılması gecikir

Rusiyanın Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərdiyi ərzaq yüklü avtomobilin Xankəndiyə keçidi gecikir.

Xezerxeber.az xəbər verir ki, Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün nəzərdə tutulmuş yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını Bərdə rayonunda gözləyir.

Keçidin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. 

Digər məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar