Maşın təkərlərinin qiymətində artım müşahidə olunur.
Xezerxeber.az xəbər verir ki, sürücülər ötən illərlə nisbətdə təkərlərin qiymətində ciddi şəkildə artım olduğunu deyir.
Qiymət artımını elə satıcılar özləri də təsdiqləyir. Təkərlərin qiyməti istehsalçı ölkələrə və təkərlərin ölçülərinə görə dəyişir. Qiymət dəyişikliyi isə xərclərin artması ilə əlaqələndirilir.
Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, ölkəyə idxal olunan məhsullarının gömrük rusumlarının dərəcələri Nazilər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
Hazırda rüsümlarda heç bir artım yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: