Qeyri-sabit hava fəsadlara yol açıb.
Xezerxeber.az xəbər verir ki, leysandan sonra Goranboy rayonunda yaranan mənzərə məhz belədir.
Çaylarda suyun səviyyəsi qalxıb, dağlardan gələn sel 10-a yaxın kəndin ərazisindən keçib.
Azad Dəyirmanlar kəndlərində əkin sahələrinə ciddi ziyan dəyib.
Sel nəticəsində rayonun Gürzallar kəndinə gedən avtomobil yolunda hərəkət dayanıb.
Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası fəsadların baş verdiyi ərazilərdə monitorinqlər aparıb.
Güclü yağışdan sonra rayonun 37 yaşayış məntəqəsinin enerji təchizatında yaranan problem aradan qaldırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: