Avropa İttifaqı Qarabağdakı qondarma "prezident seçkiləri"ni tanımadığını bəyan edib.
Xezerxeber.az xəbər verir ki, Bu barədə Qurumun Xarici Fəaliyyət Xidmətinin sözçüsü Nabila Massrali bildirib. Qondarma seçkini pisləyən daha bir qurum isə Türk Dövlətləri Təşkilatıdır. Baş katib Kubanıçbek Ömürəliyev bununla bağlı bəyanat yayıb. qondarma seçki ilə bağlı dərin narahatlığını ifadə edib.
Bu arada Xarici işlər naziri Ceyhun Bayramov isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimlə telefon danışığında qondarma rejimin apardığı bu qanunsuz fəaliyyətlə Azərbaycanın Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu diqqətə çatdırıb. Erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğunu vurğulayıb.
Nazir "seçki" adı altında aparılan bu fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.
Qardaş ölkə Türkiyənin Xarici işlər nazirliyi də qondarma seçkini pisləyib.
Ukrayna və Moldova da dırnaqarası seçkiləri pisləyib. Bunun beynəlxalq hüququn norma və prinsiplərinə zid olduğu bəyan edilib.
Qeyd edək ki, Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: