Xəzər Xəbər

Motosiklet qəza törədərkən sığorta hadisəsi NECƏ QİYMƏTLƏNDİRİLƏCƏK? VİDEO

Veb TV | 20:50 • 9 Sentyabr 2023
Motosiklet qəza törədərkən sığorta hadisəsi NECƏ QİYMƏTLƏNDİRİLƏCƏK?

Sürəti saatda 50 km/saatdan yuxarı olan motosikletlər dövlət qeydiyyat nişanı ilə təmin edilir və onu idarə edənlər də sürücülük vəsiqəsi alırlar.

Xezerxeber.az xəbər verir ki, ''Yol Hərəkəti Haqqında'' qanunda edilən bu dəyişiklik avqustun 1-dən qüvvədədir. Bu tip nəqliyyat vasitələrini idarə edənlərin qayda pozuntularına yol verdiklərini nəzərə alsaq, belə bir sual aktuallaşır.

“Motosikletçilərin də mülki məsuliyyəti icbari qaydada sığortalanmalıdırmı?. Bəs motosikletçilər qəza törədərlərsə, qarşı tərəfə dəymiş zərər necə hesablanır?."

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov məsləəyə aydınlıq gətirib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, dövlət qeydiyyat nişanı olan motosiklet sürücüləri nəqliyyat vasitələrini sığorta etdirməsələr, xüsusi texniki vasitələrin köməyi ilə elektron qaydada cərimə edilirlər.

Cərimənin məbləği 50 manatdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar