Xəzər Xəbər

"ZOOM" Beynəlxalq Xəbər Görüntüləri müsabiqəsinin qalibləri AÇIQLANDI VİDEO

Qaliblər arasında "Xəzər Media Mərkəzi"nin əməkdaşları da var
Veb TV | 22:05 • 9 Sentyabr 2023
"ZOOM" Beynəlxalq Xəbər Görüntüləri müsabiqəsinin qalibləri AÇIQLANDI

1996-cı ildən bəri keçirilən "ZOOM" Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutur.

Xezerxeber.az xəbər verir ki, bu il müsabiqəyə ümumilikdə 190-a yaxın video-görüntü təqdim olunub. Ötən həftə İstanbulda Türkiyə və digər ölkələrdən müsabiqəyə verilən görüntülərə Türkiyə münsiflər heyətinin baxışı və səsverməsi baş tutub.

Azərbaycandan müsabiqəyə göndərilən 30 görüntüyə dünən "Xəzər Media Mərkəzi"ndə yerli mütəxəssislərin təmsil olunduğu 26 nəfərdən ibarət münsiflər tərəfindən baxış keçirilib.

Bu gün ''Xəzər Media Mərkəzi''nin konfrans zalında müsabiqəyə təqdim videomaterial arasından qaliblərin adı açıqlanıb.

Sözügedən müsabiqədə xəbər sahəsində çalışan müxbirlər, rejissorlar, operatorlar və montajçılar hazırladıqları materiallar üzrə 11 nominasiya üzrə mükafatlandırılacaqlar

Qeyd edək ki, 27-ci "ZOOM" Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin mükafatlandırılma mərasiminin sentyabrın sonlarında Azərbaycanda keçirilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar