Azərbaycan neftinin qiyməti bahalaşır.
Xezerxeber.az-ın məlumatına görə, “Azəri Light” markalın neftin bir bareli ötən günlə müqayisədə 0,68 dollar artaraq 96 dolları ötüb.
Bəs son vaxtlar neftin qiymətinin bahalaşması nə ilə əlaqədardır?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İİlham Şaban deyir ki, qiymət artımına ilk növbədə Səudiyyə Ərəbistanı və Rusiya rəsmilərinin açıqlamaları səbəb oldu.
Bazar iştirakçıları arasında dolaşan qıtlıq siqnalları qiymətləri artıma doğru aparan əsas amildir.
Bazar iştirakçıları hesab edirlər ki, əgər bazara az neft çıxarılırsa, digər tərəfdən Çin kimi böyük bir istehlakçının iqtisadi göstəriciləri yaxşılaşırsa, bu, neftə olan tələbatın artımı deməkdir. Yəni bir müddət sonra nefti böyük həcmdə alacaqlar və bazara az neft çıxarıldığı təqdirdə qiymət də artacaq. Ona görə də hazırda hərraclarda sifarişi daha çox edirlər.
Ekspert deyir ki, neftin qiymətinin yüksək həddə çatması Azərbaycan kimi və ya iqtisadiyyatı əsasən enerji daşıyıcılarından asılı olan ölkələr üçün daha çox gəlir vəd edir.
Onun sözlərinə görə, pandemiyadan sonra xammal bazarında enerjinin qiymətləri ziqzaqvari dəyişir. Bu ondan xəbər verir ki, ötən ildən sonra dünya bazarında onilliklər boyu formalaşmış ticarət logistikası və dünyanın enerji daşıyıcıları ilə islehlakçiları arasında qeyri-stabillik var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: