Xəzər Xəbər

Pullu yoldan istifadə belə olacaq VİDEO

Minik və yük avtomobilləri üçün tariflər müxtəlif olacaq
Veb TV | 21:11 • 8 Sentyabr 2023
Pullu yoldan istifadə belə olacaq

Bakı – Quba - Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda sürət həddi eyni, ödənişin həcmi isə fərqli olacaq.

Xezerxeber.az-ın məlumatına görə, tariflər avtomobilin qət etdiyi məsafəyə görə hesablanacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, adıçəkilən yol əvvəlkindən daha qısa, sürətli və rahat olacaq.

Yoldan istifadəyə görə ödəniş Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Minik və yük avtomobilləri üçün tariflər müxtəlif olacaq.

Xüsusi radar-tərəzilər vasitəsilə əvvəlcədən yük avtomobillərinin parametrləri - çəkisi, normadan artıq yüklənib - yüklənmədiyi müəyyən ediləcək və sistemə ötürüləcək. Nəticələrdən asılı olaraq həmin nəqliyyat vasitələrinin ödənişli yola buraxılıb - buraxılmayacağı müəyyən ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar