Ermənistan Azərbaycana qarşı təxribata hazırlaşır. Bu faktı təsdiq edən görüntülər sosial şəbəkələrdə yer alıb.
Xezerxeber.az-ın məlumatına görə, görüntülərdə Ermənistan hərbi texnikalarının aktiv hərəkəti aydın nəzərə çarpır.
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son günlər Ermənistanın mövqelərimizi atəşə tutması və qeyri - qanuni silahlıların fəallaşması onların geniş təxribata hazırlığından xəbər verir.
Bir tərəfdən hərbi təxribatlara əl atan Ermənistan siyasi manipulyasiyalarından da əl çəkmir. Qondarma rejim seçki günü təyin edərək Xankəndiyə növbəti "oyuncağını" seçməyə hazırlaşır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev isə deyir ki, bu seçkiləri nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət tanımır.
Fərid Şəfiyev bildirib ki, bu məsələlər gec - tez həll olunacaq. Prezident İlham Əliyevin aminitsiya ilə bağlı təklifi də var. Yəni onlar konstruktiv olaraq Azərbaycanın qanunvericiliyini qəbul etsələr, vəsiqə alacaq və Azərbaycanda qalıb fəaliyyət göstərəcəklər. Bunun əleyhinə olanlar isə Azərbaycanı tərk etməlidirlər. Sonun başlanğıc olduğunu anlayıb çəkilən Araik Arutunyan kimi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: