Məktəbli formaları formaca eyni, qiymətcə fərqlidir.
Xezerxeber.az-ın məlumatına görə, paytaxt Bakıdan uzaqlaşdıqca dəyər qazanan şagird geyimləri bölgələrə çatanda bahalaşır.
Hərçənd ki, məktəbli formalarının istehsalçısı olan Bakı Tikiş Evində vahid qiymət löhvəsı də var.
Məsələ ondadır ki, satıcılar formaları müxtəlif yerlərdən alırlar. Alıcılar kimi onlar da qiymətin dəyişkənliyini əsas gətirirlər. Qiyməti isə bazar rəqabətinə uyğun qoyurlar.
Araşdırmamız zamanı öyrəndik ki, məktəbli geyimini özü istehsal edib satanlarda da var.
Bakı Tikiş Evindən deyirlər ki, “biz yalnız öz mağazalarımızda satılan mallara cavabdehik”. Tikiş evi heç bir yerə formaların topdan satışını həyata keçirmir.
Hazırda Bakıda və 11 rayonda Bakı Tikiş Evinin satış mərkəzləri var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: