Biləsuvar rayonunun Bəydili kəndində ailədaxili münaqişə qanla bitib.
Xezerxeber.az-ın məlumatına görə, 51 yaşlı kişi qətlə yetirilib.
İddia edilir ki, Oqtay Soltanov həyat yoldaşı ilə mübahisə edən zaman 16 yaşlı oğlu anasını müdafiəyə qalxıb və cinayət törədib.
Fakta bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: