Sentyabrın 15-də orta məktəb və universitetlərin yaxınlığında avtomobillərini düzgün park etməyənlər cərimə olunacaqlar.
Xezerxeber.az-ın məlumatına görə, Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin İctimaiyyətlə əlaqlər sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, övladını 1-ci sinifə aparan valideynlər və onların yaxın qohumları bir neçə avtomobillə məktəblərin qarşısına gəlirlər. Bu isə lüzumsuz sıxlığa səbəb olur.
Ona görə də övladlarını məktəbə şəxsi avtomobillərlə gətirən valideynlər, eləcə də tələbələr qeyd olunanları nəzərə almalıdırlar.
Yol polisi də sentyabrın 15-dən etibarən məktəblərin yaxınlığındakı yollarda sürücülərə sürət həddinə əməl etməyi tövsiyə edib.
Yeni dərs ili ilə başlaması ilə əlaqədar yaşana biləcək sərnişin sıxlığının qarşısını almaq üçün avtobusların sayı artırılacaq.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib ki, daşıyıcılara gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslararası intervalın sərnişin axınına uyğun tənzimlənməsi tapşırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: