Bakının Xətai rayonu ərazisində avtobus zolağının üzərinə zibil qutuları yerləşdirilib.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Ukrayna dairəsi, Neapol küçəsindən gedir.
Avtobuslar üçün nəzərdə tutulan dayanacaqda tullantıların atılması üçün 6 konteyner qoyulub.
Zibil qutularından birinin qapağı qırıq olduğundan iy ətrafı bürüyür. Ona görə də sərnişinlər zibil yeşiklərinin yerinin dəyişdirilməsini istəyirlər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, zibil qutularının yeri dəyişdiriləcək.
O da deyildi ki, zibillərin vaxtlı - vaxtında daşınması üçün aidiyyəti qurumlara tapşırıqlar veriləcək.
Günün sonunda göndərilən fotolardan isə aydın oldu ki, konteynerlər dayanacaqdan mümkün olan qədər uzaqlaşdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: