Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında "Bakı 2023" Beynəlxalq təlimi keçirilib.
Xezerxeber.az xəbər verir ki, təlimi təşkilata üzv dövlətlərinin aidiyəti nazirləri və digər dövlət qurumlarının rəhbərləri və qonaqlar yerində izləyiblər. Təlim planına uyğun olaraq episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 110 km cənub-şərqdə dağıdıcı zəlzələ baş verib. Şərti zəlzələ nəticəsində bir sıra şəhər və rayonlarda hündürmərtəbəli binalar və sənaye müəssisələrində dağıntılar yaranıb, infrastruktur şəbəkələri səradan çıxıb. Plana uyğun olaraq dağıntıların miqyası geniş olduğundan Təşkilata üzv ölkələrin xilasetmə qüvvə və vasitələri də köməyə çağırılır.
Təlim zamanı baş verən yanğınların söndürülməsinə amfibya təyyarəsi, həmçinin helikopterlər cəlb edilib
Sonda helikopterlərin paradı keçirilib. Qeyd edək ki, təlimdə təşkilata üzv dövlətlərin aidiyyəti qurumlarının ümumilikdə 8 helikopteri və 1 ədəd amfibiya təyyarəsi, 245 xüsusi təyinatlı texnikası, 6 baş xüsusi təlim görmüş iti və 1180 nəfərdən ibarət canlı qüvvəsi iştirak edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: