Dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri "Dünya Qafqazda Sülh üçün" adlı beynəlxalq kampaniya başladıb.
Xezerxeber.az xəbər verir ki, kampaniya yeni elan olunsa da, kifayət qədər dəstək qazanıb.
"Dünyanın müxtəlif ölkələrindən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib."
Təmsilçilərin imzaladıqları bəyanatda Laçın yolunun guya bağlı olması barədə yayılmış dezinformasiyaların, aparılan qərəzli kampaniyaların Cənubi Qafqazda sülh quruculuğu prosesinə zərbə vurduğu bildirilir.
Qarabağda yaşayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar, Ağdam-Xankəndi yolu sülh üçün açılsın. Kampaniyaya qoşulanlardan biri ''Vətəndaşın düşüncə mərkəzi'' təşkilatının təsisçisi danimarkalı Uffe Hvidkaerdir. O, kampaniya ilə bağlı fikirlərini xəzər xəbərlə bölüşüb.
Müraciətə qoşulan digər xarici QHT təmsilçiləri onlayn formada bəyanatı imzalamaqla dəstəklərini ifadə edirlər.
Kampaniya saxta məlumatlar əsasında guya Qarabağda yaşayan erməni sakinlərin "humanitar böhran"la üzləşməsi barədə Azərbaycan dövlətinin ünvanına ittihamlar irəli sürənləri də qınayır və onları reallıqları görməyə çağırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: