Xəzər Xəbər

Hökümət 4 sosial paketə 7 milyard manat ƏLAVƏ VƏSAİT ÖDƏYİR... VİDEO

Veb TV | 21:00 • 7 Sentyabr 2023
Hökümət 4 sosial paketə 7 milyard manat ƏLAVƏ VƏSAİT ÖDƏYİR...

2019-cu ildən bu vaxta qədər DOST Agentliyi və 7 DOST mərkəzi, işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində ilk Smart DOST Xidmət məntəqəsi açılıb.

Xezerxeber.az xəbər verir ki, DOST mərkəzlərində ötən dövrdə 1 milyon 730 min vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizə çatdırılıb.

Nazir qeyd edib ki, DOST konsepsiyası son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindəndir. Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan sosial inkişaf strategiyası bugün də uğurla davam etdirilir.

Qeyd edək  ki,  "DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma" adlı beynəlxalq konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə baş tutub. Konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti