Kəlbəcər şəhərində Əlaqələndirmə Qərargahının Şəhərsalma İşçi qrupu üzrə növbəti iclası keçirilib.
Xezerxeber.az xəbər verir ki, iclasda Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətov və digərlər rəsmilər iştirak ediblər. Bildirilib ki, bərpa olunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində Kəlbəcər şəhərində uzunluğu 27,08 km olan yol-küçə şəbəkəsinin 18,87 km-lik hissəsi üzrə layihələndirilmə işləri davam edir
Tədbirdə bildirilib ki, bu il Kəlbəcərdə yaşayış məntəqələri üzrə 1105,19 ha ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Ümumilikdə, Kəlbəcərdə 60 %-ə yaxın ərazi minalardan təmizlənib.
Birinci mərhələdə rayonun Zar, Zallar və Yanşaq kəndlərinin salınması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: