Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti yaradılacaq.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Hərbi Eskpert Ramil Məmmədli hesab edir ki, hazırda Rusiya-Ukrayna arasında gedən müharibə silah arsenalında məhdudiyyətlər yaratdığından Azərsilah QSC-nin yaranması ilə Azərbaycan regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevriləcək.
Hərbi ekspertin fikrincə, Azərbaycan Sovet-Rus elmi-nəzəri bazasında istehsal edilən silahlarla dünya bazarında effektiv oyunçuya çevrilə bilər.
Qeyd edək ki,Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.
Fərmanla Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "İqlim Elmi-İstehsalat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: