Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.
Xezerxeber.az-ın məlumatına görə, bunu bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir. Dərs zamanı telefondan istifadə etmək olmaz.
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə istifadəyə verilmiş məktəblərin fəaliyyətindən də danışıb. Bildirib ki, hazırda Şuşa şəhərində məktəbin istifadəyə verilməsi istiqmətində mərhələli şəkildə işlər aparılır.
Nazir ibtidai siniflərdə aparılan monitorinqlərin nəticəsindən də danışıb. Onun sözlərinə görə, aparılan monitorinqlər çərçivəsində məlum olub ki, ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi qənaətbəxş deyil.
Brifinq zamanı elm və təhsil naziri bildirib ki, yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: