Yeni tədris ilinin başlamasına 10 gün qalıb, amma indidən paytaxtın əsas küçə və prospektlərində sonu görünməyən tıxaclar yaranır. Bakı və paytaxtın ətraf əraziləri yeni “tıxac karnavalı”na hazırlaşır.
Xezerxeber.az-ın məlumatına görə, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, güclü tıxac yaradan səbəblərdən biri indiyədək nəqliyyatın şaxələndirilməsi istiqamətində zəruri tədbirlərin görülməməsidir.
Ərşad Hüseynov deyir ki, paytaxtda avtomobillərin sayı da artıb. Son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib, əksəriyyəti də Bakı və Abşeron ərazisinə.
Xatırladaq ki, bu il Nəqliyyatı Əlaqələndirmə Şurası yaradıldı. Amma hələlik bu Şuranın fəaliyyəti də tıxacdadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: