Xəzər Xəbər

Avtosığorta ilə bağlı yenilik edilir VİDEO

Qiymətləndirmə digər üsulla aparıla bilər
Veb TV | 20:39 • 6 Sentyabr 2023
Avtosığorta ilə bağlı yenilik edilir

Azərbaycanda avtosığorta üzrə qiymətləndirməni süni intellekt apara bilər.

Xezerxeber.az-ın məlumatına görə, sığorta eksperti Daşdəmir Niftəliyev deyib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə qiymətləndirmələrin aparılmasında süni intellektin istifadəsi planlaşdırılır.

Mütəxəssis, süni intellektdən istifadənin üstün məqamlarından da danışıb. Bildirib ki, əvvəllər müştəri bir neçə saat yolda tıxac yaradaraq qəza komissarını gözləyirdirsə, süni intellekt məsələni bir neçə saniyədə həll edə bilir.

Daşdəmir Niftəliyev  Azərbaycandakı bütün sığorta şirkətlərinin bu sistemə maraq göstərdiyini deyib.

Bütün sığorta şirkətlərinin birgə istəyi və ya bazar üzrə ümumi bir qərarın alınmasından sonra texnologiyanın gətirilməsi sürətləndirilə bilər.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti