Bakı metrosunda ilk dəfə olaraq pilot layihə kimi yeni ödəniş üsulunun tətbiqinə başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, bundan sonra Bənövşəyi xəttin "Xocəsən" və "8 Noyabr" stansiyalarında sərnişinlər "BakıKart" plastik kartından savayı, "BakıKart" mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, artıq texniki işlər yerinə yetirilib, proqram təminatını həyata keçirən sistemlər quraşdırılıb, test rejimində sınaqlar aparılıb.
Tətbiq "BakıKart" plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: