İstehlak bazarında meyvə-tərəvəz bolluğu var, amma qiymətləri yüksəkdir. Bahaçılıq bazarda alıcılıq qabiliyyətinin aşağı olmasına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, alıcılar qiymətlərdən, satıcılar isə müştəri azlığından şikayət edirlər.
Məsələn, bazarda lobya 3 manat 50 qəpik, pomidor 3 manat, şaftalı 4 manat, gavalı isə 3 manatdır.
Satıcılar deyır ki, hazırda rekord bahalaşma lobyada müşahidə edilir. Bunun isə bir neçə səbəbi var.
Satıcılar qiymətlərin növbəti həftələrdə ucuzlaşa biləcəyini bildirirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: