Xəzər Xəbər

Azərbaycanlı jurnalist BBC-yə müsahibə verdi... VİDEO

Veb TV | 15:40 • 6 Sentyabr 2023
Azərbaycanlı jurnalist BBC-yə müsahibə verdi...

"Ermənistanın dəstəklədiyi Xankəndidəki separatçı rejim ərzaq məsələsini siyasiləşdirir. Qarabağ bölgəsinin "blokadası" ilə bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır".

Bunu Caliber.az-ın jurnalisti Orxan Amaşov BBC-yə müsahibəsində bildirib. O qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə 40 ton un çatdırmağa çalışır.

Orxan Amaşov Laçın yolunda ciddi təhlükəsizlik risklərinin olduğunu da deyib.

BBC-nin digər həmsöhbəti tanınmış hüquqşünas və beynəlxalq hüquq üzrə eksperti, "Temple Garden Chambers" hüquq firmasının məsləhətçisi Rodni Dikson olub. O, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun anti-Azərbaycan hesabatı və orada Azərbaycana qarşı irəli sürülən ittihamlarla tanış olub. Bu işi faktlar əsasında araşdıran hüquqşünas belə qənaətə gəlib ki, Morenonun guya Qarabağın erməni əhalisinə qarşı "soyqırımı" törədilməsi ilə bağlı ittihamları əsassızdır.

Hüquqşünas onu da söyləyib ki, Azərbaycan hökuməti Qarabağın erməniəsilli əhalisinə Ağdam yolu vasitəsilə ərzaq göndərilməsini təklif edir.

Dikson deyib ki, ərzaq Ağdam yolu ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qızıl Aypara kimi müstəqil təşkilatlar tərəfindən çatdırıla bilər.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar