Şüvəlan-Mərdəkan yolunda işləyən fəhlələr iddia edir ki, onları işlədərək pullarını vermirlər.
Xezerxeber.az-ın xəbərinə görə, işçilər bildirir ki, əvvəl işlədiklərinin qarşılığında pullarını normal qaydada alsalar da, sonra onlara nəzarət edən işçilər dəyişdirilib və bundan sonra problemlər başlayıb.
İşçilər bildirdilər ki, onları işlədən şirkətin rəhbərlərinə dəfələrlə müraciət ediblər, lakin heç bir nəticə yoxdur.
"Hətta artıq onlara cavab belə verilmir."
"Elə biz də işçilərlə birlikdə şirkət nümayəndələrinin olduğu əraziyə getdik, qapını döysək də açan olmadı."
Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin yolun tikintisiylə bağlı Abadlıq Xidməti sifarişçidir.
"İşçilərin əmək haqqını da tam şəkildə sifarişçisi olduğu şirkətə ödəyib."
Şirkətin özünün daxilində hansısa problem yarandığından, həmin pulları fəhlələrə ödənməyib. Ancaq buna baxmayaraq, Bakı Abadlıq Xidməti bir gün ərzində fəhlələrin məvacibini ödəməyə təminat verir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: