Xəbər verdiyimiz kimi, Fransa prezidenti Makronun sentyabrın 10-da İrəvana səfər edəcəyi iddia edilir.
"Mən Ermənistanı Nikol Paşinyandan çox müdafiə edirəm və istənilən qədər Azərbaycana təzyiq göstərəcəyəm",- deyən Makron uzun müddət əvvəl Paşinyandan çox erməni olduğunu göstərmişdi. Artıq Azərbaycan ictimaiyyəti Makronun Ermənistana nəyə görə səfər edəcəyini bilir.
Siyasi şərhçi Orxan Amaşov deyir ki, Makron işğalçı və separatçı Ermənistana dəstək vermək və Cənubi Qafqazdakı proseslərdə Fransanın da var olduğunu göstərmək üçün İrəvana səfərə gəlir.
Siyasi şərhçi deyir ki, Fransa Brüssel masasından kənarda qaldığı kimi, Cənubi Qafqazdakı proseslərdən də kənarda qalacaq və Azərbaycan-Ermənistan arasındakı məsələlərə təsir edə bilməyəcək.
Makronun Ermənistana səfərinin hansı məqsəd daşımasından asılı olmayaraq, Azərbaycan bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdlərini davam etdirəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: