Amerika və Avropanın 18 aparıcı ravvini İranın himayəsi altında Ermənistanın Azərbaycanı ləkələmək üçün həyata keçirdiyi kampaniyaya qarşı çıxıblar.
Xezerxeber.az xəbər verir ki, ravvinlər Azərbaycanın "şeytan" obrazında verilməsinə və onun düşmənləri tərəfindən "humanitar böhran" mövzusunun yersiz qabardılmasına etiraz ediblər.
Ravvinlər Azərbaycanın guya Qarabağdakı erməniləri soyqırıma məruz qoymasının uydurma olduğunu və Azərbaycana qarşı irəli sürülən bu ittihamların əsasız olduğunu qeyd ediblər. Azərbaycandakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev deyir ki, İsrailin əleyhinə illərlə aparılan qarayaxma kampaniyası indi Azərbaycana qarşı həyata keçMilix Yevdayev dünyanın istənilən nöqtəsində yaşayan yəhudiləri XX əsrin əvvəllərində qırğınlardan və nasizm dəhşətlərindən qaçan yəhudilərə sığınacaq verən Azərbaycan xalqını dəstəkləməyə çağırıb.
Ravvin Milix Yevdayev Qarabağda "Soyqırım" və ya "aclıq" ittihamları üçün heç bir əsas olmadığını və Azərbaycanın erməniəsilli sakinlərini ərzaqla təmin etmək üçün xüsusi olaraq avtomobil yolu çəkdiyini bildirdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: