Xəbər verdiyimiz kimi, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib.
Səfər "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Məqsəd, itkin düşən şəxslərin yaxınlarının döyüşdüyü torpaqları ziyarət etməkdir.
Səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edib. Onlar Şuşa həbsxanasının ərazisində aşkarlanan kütləvi məzarlıqda da olublar.
Qonaqlara məlumat verilib ki, iyun ayında Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb. Daha sonra Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: