Xəbər verdiyimiz kimi, sabahdan etibarən havanın temperaturu kəskin enəcək.
Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Rayonlarda isə 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Həmçinin çaylarda sululuğun artacağı da gözlənilir.
Qeyd edək ki, sentaybrın 7-si axşam saatlarında Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı da var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: