''BBC-nın qərəzli, qeyri-obyektiv anti-Azərbaycan reportajı birbaşa separatizmi legitimləşdirməyə xidmət edir.
Xezerxeber.az-ın xəbərinə görə, politoloq Yeganə Hacıyeva deyir ki, dünya media tarixinin inkişafında xüsusi rolu olmuş BBC bu gün üçün Qərb dünyasında domino effekti verəcək proseslərdə yer alır.
Onun sözlərinə görə, BBC ölkə daxilində də erməni yalanlarını tirajlayır, cəmiyyətimizi birləşdirən dəyərlərin sındırılması istiqamətində təbliğat aparır. Qarabağda baş verən prosesləri rəsmi İrəvanın tezisləri əsasında şərh etməsi azmış kimi üstəlik bunu media ifadə azadlığı kimi qələmə verməyə çalışır. Azad mediada tərəflərin hər birinin ifadə haqqı var. Ancaq kanal ancaq erməni yalanlarını, Xankəndidə aclıq realiti şousunu reallıq kimi təqdim edir.
Hüquqşünas Şamil Paşayev isə bildirib ki, xarici media nümayəndəliklərinin Azərbaycanda fəaliyyət göstərməsi Azərbaycanın qanunvericiliyi və media haqqında qanunla tənzimlənir. BBC-nin separatizmi təbliğ edən, təktərəfli və əsassız informasiyaları tirajlaması kifayət edir ki, Azərbaycanda olan nümayəndəliyin fəaliyyəti tam dayandırılsın.
Dünya mediasında azad media modeli olaraq örnək kimi özünü təqdim edən BBC yaxşı olardı ki, bu prosesdə də tərəfsizlik və obyektivlik nümayiş etdirsin.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: