Azərbaycanın yerli istehsalı olan "Revival P" minatəmizləmə maşını sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə olunub.
Xezerxeber.az xəbər verir ki, Fond isə həmin maşının Minatəmizləmə Agentliyinə verilməsinə qərar verib.
Məlumat üçün bildirək ki, Revival P nin toplam çəkisi 6,5 ton, dırmanma qabiliyyəti 35 dərəcədir.
Xatırladaq ki, 2020-ci ilin noyabrından bu yana işğaldan azad olunmuş rayonlarda 95 min hektardan çox ərazi minalardan təmizlənib. 30 minə yaxın piayada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib. İkinci Qarabağ müharibəsi bitdikdən sonra 305 nəfər mina qurbanı olub. Onlardan 57 nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: