Xəzər Xəbər

Qərbi Azərbaycan İcmasından Ermənistanın fırıldaqçı təbliğatına ETİRAZ... VİDEO

Veb TV | 23:11 • 29 İyul 2023
Qərbi Azərbaycan İcmasından Ermənistanın fırıldaqçı təbliğatına ETİRAZ...

Qərbi Azərbaycan İcması Avropa Şurasının Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsi barədə bəyanat yayıb.

Avropa Şurasının Baş Katibi Mariya Pejçinoviç Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı qərəzli bəyanatına cavab olaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasının Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsindən və ikili standartlar nümayiş etdirməsindən ciddi narahatlığını bildirib.

Qərbi Azərbaycan icmasının sözcüsü Ülviyyə Zülfüqar deyir ki, Avropa Şurası ermənilərin hüquqlarını müdafiə etdiyi kimi azərbaycanlıların da hüquqlarını müdafiə etməlidir.

Qərbi Azərbaycan İcması bildirir ki, Avropa Şurası qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə qayıtmaq hüquqlarını fəal şəkildə müdafiə etməli və onlara qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasına töhfəsini verməlidir. İcma Avropa Şurasını öz mövqeyinə yenidən baxmağa, Ermənistanın yalançı təbliğatını rədd etməyə, Azərbaycanlılara qarşı nümayiş etdirdiyi qərəz və ayrı-seçkiliyinə son qoymağa və ədalətə sadiqliyini qorumağa çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar