Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı və Gəncədə ümumilikdə 1189 güzəştli mənzil satışa çıxarılıb.
Xezerxeber.az xəbər verir ki, saat 11:00-da başlayan onlayn seçim prosesi media nümayəndələrinin müşahidəsi altında aparılıb.
Agentliyin aparat rəhbəri Fərman Qurbanlı bildirib ki, 1022 mənzil üzrə seçim ərizələri imzalanıb, 167 mənzil seçilib və onlar üzrə ərizələr növbəti günün sonuna təqdim olunacaq.
“Mənzillərin gözləmə qaydasında seçimi isə 3 avqust saat 11:00-da başlayacaq və 11 avqust saat 11:00-dək davam edəcək.”
Seçim prosesindən narazı qalan və ya şikayəti olan vətəndaşlar Agentliyə müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: