Xəbər verdiyimiz kimi, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanıb.
1991-ci ilin 22 dekabrında 1955-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulub həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən piyadaların döyüş maşınından istifadə etməklə kəndə silahlı basqın edib. 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə yaşadıqları yerlərdən didərgin salıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində bu gün Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanıb.
Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: