Güclü külək Goranboyda fəsadlar törədib.
Xezerxeber.az xəbər verir ki, dünən axşam saatlarında Borsunlu kəndində yerləşən körpünün üzərindəki elektrik dirəyi, eləcə də Goranboy-Tərtər yolunun Qızılıhacılı qəsəbəsindən keçən hissəsində nəhəng qovaq ağacı aşıb. Avtomobillərin gediş-gəlişində bir müddət çətinlik yaranıb. Aidiyyəti qurumlar tərəfindən ağac yoldan götürülüb. güclü külək səbəbindən rayonun bolsulu, məşədiqaralar, eyvazlılar, balakürd kəndlərində, Qızılhacılı və Goran qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Güclü külək Mingəçevir şəhərində də müəyyən ərazilərdə irigövdəli ağacları aşırıb. Xüsusilə Rəsul Rza, İslam İslamzadə, Üzeyir Hacıbəyov, Yaşar Muradov və Müşfiq Rəhimov küçələrində ciddi fəsadlar qeydə alınıb. Rəsul Rza küçəsində aşan iri gövdəli ağac elektrik xəttinin üzərinə düşüb.
Məhəmməd Füzuli küçəsində isə yola aşan tut ağacı rabitə xəttlərini sıradan çxarıb, avtomobillərin hərəkətində ləngimələrə səbəb olub. Aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: