Paytaxtda qeyri-peşəkar formada çəkilən bu dairə müzakirələrə səbəb olub.
Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə təxminən bir il əvvələ qədər burda dairə işarəsi yox idi, sonradan peyda olub. Həmin vaxtdan sonra isə problemlər artmağa başlayıb. Hərəkətin pik vaxtında xüsusilə çətinlik yaradır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin yol kəsişməsindəki dairə onlar tərəfindən təşkil edilməyib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə deyiblər ki, orada hərəkətin təşkili dairəvi təşkil olunmayıb. Qeyd olunan vəziyyətlə əlaqədar olaraq ölçü götürülüb, aidiyyatı qurumlara məlumat verilib.
Lazımi tədbirlər həyata keçiriəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: