Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir və paytaxtdakı aksiyaya 160 personal cəlb edilib.
Xezerxeber.az-ın məlumatına görə, yığılan qanlar əvvəlcə laborator analizlərdə yoxlanılır, sonra istifadə üçün verilir.
Aksiyaya qoşulan vətəndaşlar bu prosesin həm sağlamlıq üçün faydalı, həm də bu qandan yararlanacaq şəxslər üçün müsbət addım olduğunu bildiriblər.
Qeyd edək ki, aksiya Məhərrəm ayı boyunca davam edəcək. İnsanlar Mərkəzi Qan Bankına və bölmələrinə müraciət etməklə könüllü surətdə qan verə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: