Bakıda ödənişli parklanma ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, parklanma ərazisində quraşdırılan lövhələrin bəzilərinin, həmçinin asfalt örtüyünün üzərində əlil arabalarının dayanması üçün xüsusi bildiriş öz əksini tapıb. Bu isə həmin ərazidə yalnız əlillərin avtomobillərini park edə biləcəyini göstərir. Parklanma ərazisində həmçinin avtomobillərin hansı formada saxlanması da göstərilib və bu yerlər xüsusi olaraq nömrələnib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Tərlan Səfərov bildirib ki, parklanma xidmətinin tam istifadəyə verilməsi üçün müvafiq ödəmə sistemlərində son yekunlaşma işləri görülür.
Hazırda şəhərin digər ərazilərində də parklanma yerlərinin saylarının artırılması üçün işlər aparılır.
Xatırladaq ki, iyunun 25-də Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"ni təsdiq edib. Bakının parklanma yerləri "mərkəz", I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: