Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, Kürdəmirin Pirəköcə kəndində baş verən hadisədən iki gün sonra yeni detallar üzə çıxıb.
Məlumata görə, Azər Qaraşovun oğlu 24 yaşlı Azay Qaraşov atasını tüfənglə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilib. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini söyləyib.
Hüquq - mühafizə orqanları hazırda qətlin təfərrüatlarını araşdırırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: