Əlilliyə əsas verən meyarların sayı artırılıb.
Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti "Əlilliyin müəyyən olunması meyarları"nda dəyişiklik edilməsi haqqında" qərar qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Fatma Əsgərova bildirib ki çoxsaylı müraciətlər əsasında bu istiqamətdə yeni qaydalar tətbiq ediləcək.
Onun sözlərinə görə, yeni qərarla əlilliyə əsas verən xəstəliklərin əhatə dairəsi genişləndirilib.
Nazirliyin əməkdaşı qeyd edib ki, əsas dəyişikliklərdən biri də şəkər xəstəliyindən əziyyət çəkən şəxslərlə bağlıdır.
Fatma Əsgərova bildirib ki, yeni qaydalar bu sahədə yaranan problemləri aradan qaldırmağa imkan verəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: