Bəzi regionlarda həyətyanı torpaq sahələrinin qiyməti artıb.
Xezerxeber.az xəbər verir ki, belə bölgələrdən biri də Qaxdır.
Rieltor Nuru Mustafayev bildirir ki, bu rayonda yol kənarlarındakı torpaqlar daha bahadır. Eyni zamanda, torpaq sahəsi azaldığı üçün həm rayon mərkəzində, həm də turistik zonalarda qiymətlər qalxıb.
Zaqatalanın kəndlərində isə qiymətlər Qaxdakından bir qədər aşağıdır. Ancaq bu rayon mərkəzində də qiymətlər cib yandırır.
İsmayıllıda da torpaq sahələrinin qiymətində artım müşahidə olunur. Rieltor Vidadi Qəzənfərov deyir ki, xüsusilə, meşə və çaylara yaxın, havası sərin olan kəndlərdə torpaq daha bahadır.
Rayon sakinləri də qiymətlər çox yüksək olduğundan torpaq almağın mümkünsüz olduğunu bildirirlər.
Əmlak eksperti Elnur Azadov deyir ki, regionlarda kommunikasiya xətlərinə yaxın ərazilərə maraq daha çoxdur. Son illər, xüusilə Xaçmaz, Şamaxı, İsmayıllı, Xızı, Lənkəran və Astarada torpaq sahələrinə tələbat artıb.
Ekspertin fikrincə, tələb-təklifə uyğun olaraq qiymətlər bundan sonar da artmada davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: