Xəzər Xəbər

Qərb uzun fasilədən sonra Azərbaycanın daxili işlərinə qarışmağa başladı... VİDEO

Veb TV | 23:00 • 27 İyul 2023
Qərb uzun fasilədən sonra Azərbaycanın daxili işlərinə qarışmağa başladı...

FETÖ-nün Azərbaycandakı əlaltılarının həbs edilməsindən 4 gün keçmədi ki, Qərb diplomatiyası yenə dırnaqarası insan haqları sevgisini biruzə verdi.

Xezerxeber.az xəbər verir ki, bu gün ABŞ, Böyük Britaniya, Fransa və Almaniya səfirlikləri birgə bəyanat yaydı. Bəyanatda Azərbaycanın öz vətəndaşlarının azadlıqlarını və insan hüquqlarını Azərbaycan konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsinin çox vacib olduğu vurğulanıb. İnsan hüquqlarını fürsət düşdükcə tapdalayan, dini, irqi ayrıseçkiliklə gündəmə gələn ölkələrin bu barədə ağız dolusu danışması gözlərimizi yaşartdı desək yalan olar.

Hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyir ki, səfirliklərin bu addımı Azərbaycanın daxili işinə qarışmaq və istintaqa təzyiq etməkdən başqa bir şey deyil.

Hüquq müdafiəçisi deyir ki, adı çəkilən dövlətlər  Azərbaycanın daxili məsələlərinə qarışmaq yerinə öz ölkələrində baş verən ixtişaşlara, hüquq pozuntularına baxsalar daha yaxşı olar.

Hüquq, məhkəmə və insan haqları məsələsinə xüsusi həssaslıqla yanaşan Fransa, ABŞ, Almaniya və Böyük Britaniya nəyə görə Ermənistanda günahsız yerə həbs edilən iki hərbçimizin taleyi ilə maraqlanmır?

Məsələ Azərbaycan və Ermənistan olanda ağızlarına su alıb oturan qərb ölkələrinin bu gün həmrəylik göstərməsi gülüncdür.

Xatırladaq ki, Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və elm naziri Armen Aşotyan iyunun 16-da iki ay müddətinə həbs edildi. Lakin insan hüquqlarından dəm vuran qərb ölkələri bu olayla bağlı da heç bir reaksiya vermədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti