Xəzər Xəbər

Qarabağa yük daşıyan bu şirkətin kimlərə bağlı olduğu ÜZƏ ÇIXDI... VİDEO

Veb TV | 20:35 • 27 İyul 2023
Qarabağa yük daşıyan bu şirkətin kimlərə bağlı olduğu ÜZƏ ÇIXDI...

"Humanitar yük" adı altında yüklənən tırlar Laçın Sərhəd Keçid Məntəqəsinə yaxın ərazidə gözləyirlər.

Xezerxeber.az xəbər verir ki, onlar Azərbaycanın suveren ərazilərinə keçmək üçün ermənistandan yola çıxıblar. Bu sifarişi isə Ermənistanın məşhur "Spayka" şirkətinə məxsus tırlar həyata keçirir.

“Hansı ki, bu şirkət hələ Vətən Müharibəsi zamanı bir neçə çirkli əməllər həyata keçirib.”

"Spayka" şirkəti 2020-ci ildə "humanitar yük" adı altında Ermənistan ordusunun silahların daşınmasında aktiv iştirak edib.

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Azərbaycan birmənalı olaraq bu tırları Laçın Sərhəd Keçid məntəqəsindən buraxmayacaq...

Ekspert deyir ki, üstəlik o yüklərin təyinatı da hələki qaranlıqdı. Orada humanitar yardım adı ilə başqa vasitələr də keçirilə bilər.

Ədalət Verdiyev "Spayka" şirkətinin sahiblərinin kimliyi və əlaqələri barədə də danışıb.

Odur ki, belə bir şirkətin humanitar yardım adı ilə fəaliyyəti birmənalı Azərbaycan ərazisində bloklanmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti