Xəzər Xəbər

Ermənistan yeni siyasi ŞOU yaratmağa başlayıb... VİDEO

Veb TV | 21:11 • 27 İyul 2023
Ermənistan yeni siyasi ŞOU yaratmağa başlayıb...

İllərdir beynəlxalq ictimaiyyəti oz yalanlarına alət edən Ermənistan yeni siyasi manevrlərə əl atır.

Xezerxeber.az xəbər verir ki, humanitar böhran bəhanəsi ilə yola çıxan Ermənistan artiq şantajdan belə çəkinmir.

Erməni blogger Roman Baqdasaryanın Xankəndi və ətraf kəndlərdə hər şeyin qaydasında olduğunu deməsi də Ermənistanın siyasi niyyətini ifşa edir.

Bu görüntülərdə isə Qarabağda yaşayan erməniəsilli qadın qiymətlərdən şikayətlənir. O mövcud vəziyyətlə bağlı Arayik Arutunyanı günahlandırır. Bu bir daha qondarma rejimin suni humanitar böhran yaratmaq istəyini təsdiqləyir.

Hər şey gün kimi ortada olsa da, Azərbaycan yenə ikili standartlarla üz-üzə qalıb. Ermənistan şou yaradır, beynəlxalq təşkilatlar isə həqiqətləri bilə-bilə qərəzli mövqe nümayiş etdirir. Qərb dairələri, Avropa İttifaqı yenə öz ampulasındadır. 30 il 1 milyon qaçqın və məcburi köçkünün düşdüyü vəziyyətə göz yumanlar indi təəssübkeş rolunu oynayırlar. Avropa İttifaqı Ermənistandakı misiyyası ilə riyakarlığını ortaya qoyur.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, verdiyi bəyant qurumun iç üzünü göstərir. Xarici işlər nazirinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaq.

Siyasi şərhçi Orxan Amaşov deyir ki, yeni reallıqlar fonunda azərbaycan laçın yolundan əvvəlki kimi istifadə edilməsinə imkan verə bilməz. Xankəndi və ətraf ərazilərə Azərbaycanın daxilindən yol olduğu halda yüklərin kənardan gətirlilməsi qəbul edilməzdir. İtkin düşmüş 4 min azərbaycanlının taleyi ilə maraqlanmayan Beynəlxalq qırmızı xaç komitəsinin Xankəndindəki missiyası bir mənalı şəkildə Bakıya  tabe  olmalıdır.

Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması da riyakarlıqdan başqa bir şey deyil. Orxan Amaşov qeyd edib ki ermənistan məsələyə digər qüvvələri də qataraq azərbaycanın iradəsinə təsir etmək istəyir.

Siyasi şərhçi əlavə edib ki, separatçıların bütün cəhdlərinə baxmayaraq, Qarabağda yaşayan erməniəsilli sakinlərin reinteqrasiyası qaçılmazdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti